Saytın menyusu  
Sayğac  







Kəndi sevirəm
NANƏ YAVƏRQIZI

Doğuldum kənddə, hər yan çəmən, otlaq,
Şirin laylam oldu bu çay, bu bulaq
Sinəmə yığıldı söz varaq- varaq,
Mən kənd övladıyam, kəndi sevirəm.
...
19 Noyabr 2016
1430 dəfə oxunub
 
 

ALDƏRƏM
NANƏ YAVƏRQIZI

Yazı çiskin yağışlı,
Sinəsi gül naxışlı.
Gözləri qəm baxışlı,
Doğma yurdum Aldərəm.
...
19 Noyabr 2016
1319 dəfə oxunub
 
 

Apar məni
NANƏ YAVƏRQIZI

Apar məni, xəyal gəmim,
Özün ilə apar məni.
Yalqız qalıb dənsiz zəmim,
Gözün ilə apar məni.
...
19 Noyabr 2016
1309 dəfə oxunub
 
 

Eylə
Nanə Yavərqızı
Vətən, məni al qoynuna,
Ocağında közün eylə.
Gün çırtanda səhərçağı,
Elə baxan gözün eylə.
...
19 Noyabr 2016
1312 dəfə oxunub
 
 

Qaldı
NANƏ YAVƏRQIZI

Uca dağın başı qarlı,
Dərələri gül yarpızlı,
Ətəkləri al laləli,
Düzənlərdə gülüm qaldı.
...
19 Noyabr 2016
1315 dəfə oxunub
 
 


Şəmsəddin Həsənoğlu

Tanrı mələk kimin qaldırsa göyə.
Birinci uçuşum sizədi dağlar.
Qızıl daş vüqarlı qala daş sakit,
Qəcəlin dörd yanı dumanlı dağlar.

Beynival, Şaxsuvar, Babalı məhlə.
Digayda, Caxısda özünü gözlə ...
21 Oktyabr 2012
1652 dəfə oxunub
 
 


Şəmsəddin Həsənoğlu

Baş sarı tel sədasinda
Muşkastının ələngəzin arasinda
Kəndim səni axtariram
Əldərəni axtariram

Bülbüllərin cəh-cəhinda
Bala düzgə, Kəleybərdə ...
21 Oktyabr 2012
1602 dəfə oxunub
 
 

Mir Əsəd

Bu şən obaların, bu şad ellərin,
Ən gözəl dövranı, Əldərədədir.
Azad ölkələrin, abad ellərin,
Cənnəti-rizvanı, Əldərədədir.

Hər şəhər yerinin, hər kəndistanın,
Mehri rayonunun, Azərbaycanın.
Bütün yer üzünün, cümlə-cahanın,
Ən xoşbəxt insanı, Əldərədədir.

Bəzənib, düzənib gəlin sayağı,
Bir kənddir, olubdur, ellər mayağı.
Valeh olar kimin düşsə ayağı,
Gözəllik məskəni, Əldərədədir.

Evləri görkəmli, yaraşıqlıdır,
Eyvanları güllü, sarmaşıqlıdır.
Əlvan çıraqları gur işıqlıdır,
Nurlar çıraqbanı, Əldərədədir....
12 Aprel 2010
1636 dəfə oxunub
 
 

Mir Əsəd

(İmam Əliyə işarədir)
Araz desin laylasını,
Tanrı versin duasını.
El unutmaz obasını,
Əli olub, Əldərədə.

Kürə düzü dönüb düzə,
Kədər, qüssə çöküb üzə.
Niqabını örtüb üzə,
Tənha qalıb, Əldərədə.

Tas alması, tasda qalıb,
Yolu, izi pasda qalıb.
Yaylaqları yasda qalıb,
Bağlar qalıb, Əldərədə....
12 Aprel 2010
1497 dəfə oxunub
 
 

İbrahim Hacıyev

Bu gün yetmiş igid daşa dönərək.
Öz dogma kəndinə görüşə gəlib.
Kim deyər,cəbhədə onlar ölüblər,
Deyərdim hər biri göyə yüksəlib.

Neçə il qovrulub qəmdə Aldərə,
Həsrət yaşayıbdı şadlıga,toya.
Toy məclisi neçə nişanlı gəncin
Bir qara kagıza çevrilib vaya.

Donub yanaqlarda həsrət yaşları,
Nişanlı olanlar qocalıb bu gün.
Birləşib məzarlar,qəbir daşları,
Abidəyə dönüb,ucalıb bu gün....
12 Aprel 2010
1643 dəfə oxunub
 
 

İbrahim Hacıyev

Qaladaşı,sən hər yerdən ucasan,
Dünya görmüş,ömür sürmüş qocasan.
Aldərəyə üstdən baxan bacasan,
Söylə görək,burda nələr olubdu,
Kənd neçə yol boşalıbdı,dolubdu.

Başın üstə qaplanların dolaşıb,
ətəyində canavarlar ulaşıb.
Neçə igid öz qanına bulaşıb,
Sən yerində dayanmısan mərdana,
Sən tək oğul yetışdirər mərd ana...
Daşlarında yuva qurarkedigar,
Sən qalmısan əsrlərdən yadigar.
Dördyanında Kəlbeyvazın izi var.
O, dövrəndə neçə-neçə qoç kəsib,
Könlüm səni görmək üçün tələsib....
12 Aprel 2010
1573 dəfə oxunub
 
 

İbrahim Hacıyev

Yolunu sal dərəyə,
Gülləri al dərəyə.
Cənnət görmək istəsən,
Qonaq gəl Aldərəyə.

Bu dərə Aldərədi,
Daşları sal dərədi.
Mənim Məkkəm, Mədinəm,
Kəbəm də Aldərədi.

Keçginən al dərədən,
Gülləri al dərədən.
Könül həsrət, göz yolda,
Xəbər yox Aldərədən....
12 Aprel 2010
1596 dəfə oxunub
 
 

Səfər Səfərov

Qazax diki göz yaşların hardadır?
Qala daşı borandadır qardadır.
Aldərənin igidləri hardadır?
Vətən dərdi məni yaman sıxıbdır.

Ağlama Kar daşım, qan qusar qəlbim,
Kəndimin çayına qarışmaq üçün,
Duz töküb öpərəm dağ ayrımından,
Yalvarıb kəndimlə barışmaq üçün....
12 Aprel 2010
1618 dəfə oxunub
 
 

Səfər Səfərov

İndi Xəllərgədə lalə qızarıb,
Xaş-xaş qalxıb yolu izi basırıb,
Qoşa palıd təklənibdir tək qalıb,
Yaylaq dərdi məni yaman sıxıbdır.

Çolan çayı laylasını bitirib,
Kəvən qalxıb cığırları itirib.
Digay-Dırbıstana xəbər göndərib,
Yaylaq dərdi məni yaman sıxıbdır.

Gəncəcürdə qındırçalar uzanıb,
Atanım yox kəkliklərim çoxalıb.
Əkənim yox zəmilərim boş qalıb,
Yaylaq dərdi məni yaman sıxıbdır....
12 Aprel 2010
1590 dəfə oxunub
 
 

Hacı Cəmşid

Vaxtdır, daha heç kəsə minnət etmərəm.
Yaşın hökmüdür, istəmirəm övlada əzab verəm.
El dərdi çəkən olmuşam, indi fərsizəm,
Sizədir vəsiyyətim, əgər mən dünyamı dəyişsəm,
Qəbrimi qoymayın, qürbətdə qalsın,
Küsər Ağa nənəm,
Küsər Aldərəm.

Haçan darda olsanız, yuxuda harayınıza gələrəm,
Ölsəm haray salıb ağlamayın, inciyərəm.
Inanın o dünyada da haraya çatan Cəmşidəm,
Doyunca suyun içib, havasın udaram, vətəni görsəm,...
12 Aprel 2010
1549 dəfə oxunub
 
 

Hacı Cəmşid

Hərdən ki, dağı aranı salıram yada,
Musiqi zövq verir yaşayıb yaradana.
Həmişə musiqidir çatan imdada,
Ağlayan üçün musiqi milyona dəyər.

İndi gəzib dolanıram, nə isə çatışmır,
Tez qocaldım yaşamaq canıma yatmır.
Yaş keçi, gün daralır, ömür qurtarır,
Musiqiyə qiymət min bir loğmana dəyər.

Deyirlər ki, səbr et, Allah kərimdir.
Doğrusu, mən səbr edirəm, ömür tükənir....
12 Aprel 2010
1551 dəfə oxunub
 
 

Hacı Cəmşid

Qarbaçov “yenidən qurdu” dövləti,
"Dığalar" yaraqlı, saqqallı oldu.
Dünənki yaltaqlar, qab yalayanlar,
Kremlə söykənib, yaraqlı oldu.

Dünənki kəl otaran, donuz saxlayan,
Əlində avtomat dayanır indi.
Gerovkov, Kororyan, Zori Balayan,
"Qarabağ" deyərək bağırır indi.

Arı beçə verib ana axtarır,
Anasız dayçalar arxada qalıb.
Nənəmin cəhrəsi, dişli darağı,...
12 Aprel 2010
1542 dəfə oxunub
 
 

Xurşud Məmmədov

Pişpişə Çeşmədə kəsəsən quzunu,
Şişlərdə kababın səpəsən duzunu,
Əlidərənin yeyəsən narını üzümünü,
Çıxardasan düşməninin gözünü,

Vətən qaldı, torpaq qaldı,
Canım aldı, qanım qaldı,
Vətən qaldı, viran qaldı,
Bizim qayıtmağımız yalan oldu,

Tasda yeyəsən qırmızı alma,
Yaylaq əldən gedib, qeydinə qalma,
Əlidərənin sorağını quşlardan alma,...
12 Aprel 2010
1636 dəfə oxunub
 
 
 

Sayt üzrə axtarış

Axtaracağınız məzmunu daxil edin

Yükləmələr

Aldərə "Bulaq" verlişində

Son xəbərlər
Nərminə xanımın göndərdiyi 14 şəkil
Əli Əliyevin göndərdiyi 10 şəkil
Aldərə Bulaq verlişində (Video)
Şəkillər toplusu 9
Qabil Quluyevin göndərdiyi 15 şəkil
1918-ci il 31 mart soyqırımı
Novruz Bayramınız mübarək
Qarış-qarış Aldərə (Video)
Şəkillər toplusu 8
Şəkillər toplusu 7

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2016 - Bütün hüquqları qorunur