Reklam



VƏTƏN HƏSRƏTİ
Xurşud Məmmədov

Pişpişə Çeşmədə kəsəsən quzunu,
Şişlərdə kababın səpəsən duzunu,
Əlidərənin yeyəsən narını üzümünü,
Çıxardasan düşməninin gözünü,

Vətən qaldı, torpaq qaldı,
Canım aldı, qanım qaldı,
Vətən qaldı, viran qaldı,
Bizim qayıtmağımız yalan oldu,

Tasda yeyəsən qırmızı alma,
Yaylaq əldən gedib, qeydinə qalma,
Əlidərənin sorağını quşlardan alma,
Vətənin dərdini yaddan çıxartma.

Dağlarda gülüm qaldı,
Bağlarda üzüm qaldı,
Əlidərədən vaxtsız çıxdıq,
Yaylaqlarda gözüm qaldı,
Əlidərənin başında durub dağlar,
Vətənin itirilməsinə anam ağlar,
Kəndi sevənlərin ürəyini dağlar,
Dəsmal götürüb göz yaşını silən ağlar.
12 Aprel 2010
1644 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur