Saytın menyusu  
Sayğac  








Hacıyev Məmmədxan Balaca oğlunun Böyük Vətən müharibəsində itkin düşməsinə dair sənədlər.
16 Sentyabr 2016
1338 dəfə oxunub
 
 

Aldərə sakini Hacıyev Balaca Məmmədxan oğlu 1941-ci ildə Böyük Vətən müharibəsinə çağırılmış, 1942-ci ildən itkin düşmüş sayılırdı. İllərlə sürən axtarışlar heç bir nəticə verməmişdi.
Dəfələrlə SSRİ-nin müdafiyə nazirliyinə və müharibə zonalarına müracətlər edilsə də hər dəfəsində eyni cavab alınıb.
Hacıyev Balaca Məmməxan oğlu 1900-cü ildə Aldərə kəndində dünyaya göz açıb. Hamı kimi ailə qurub, altı uşaq atası olub. 1941-ci ildə hamı kimi müharibəyə çağırılıb və əsgər paltarı geyinib...
“1941-ci ildə Mehri rayon hərbi komisarlığından hərbi xidmətə çağırılıb, 02.1942-ci ildən itkin düşmüş sayılır.” Bu məlumatlar hər dəfə məktublara cavab şəklində verilib. İtkin düşmüşlərlə bağlı bütün mətbuat vasitələrinə edilsə də heç bir nəticə əldə edilməmişdir.
Nəhayət ki, 2016-cı il iyun ayında...
4 Sentyabr 2016
1737 dəfə oxunub
 
 

1920-ci ililn noyabr ayında Ermənistanda Şura hökuməti quruldu.Uzun vaxtlar haqsız tökülən qanların qabağı alındı. Bütün Zaqafqaziyada axırıncı nöqtə Mehri rayonu olub.

Zəngəzurda və Mehri rayonunda bir çox azərbaycan kəndlərinin əhalisini qırıb yox edən Nijdeh adında bir daşnak var idi. Deyilənlərə görə bu adam Naxçıvanda bir keşiş ailəsində anadan olub. Zəngəzurda daşnak hökumətinin başçısı imiş, yırtıcılıqda misli bərabəri yox imiş.

Ermənilərin dediyinə görə bu adam erməmilərə də qan uddururmuş. Bolşeviklər Kafanda olmasına baxmayaraq döşünə döyüb deyirmiş: Nə qədər ki Nijdeh sağdır...
3 Fevral 2016
1692 dəfə oxunub
 
 

Çox təəccüblüdür ki, 50 illi bir internasional sovet tərbiyəsi bunların fikrini dəyişməmişdir. Yeniyetmə cavanları acı bir milli ruhda tərbiyələndirirlər. Bu tərbiyə də Azərbaycan Türklərinə qarşı olur.

Hələ çoxdan bizim azərbaycanlı yazıçılar, şairlər Azərbaycan və Erməni millətini qardaşlığa çağırır. Çiyin-çiyinə verib mehriban yaşamaq üçün can qoyur. M.Ə.Sabir, C.Məmmədquluzadə (Kamança), N.Nərimanov (Bahadur va Sona), C.Cabbarlı (1905-ci ildə), S.Vurgun, M.S.Ordubadi Erməni-Azərbaycan dostluğu haqqında əsərlər yazır.

Bu tərəfdən isə vəziyyət bambaşqadır. Zahirən Osmanlı türklərinə qarşı çevrilən bu siyasət azərbaycanlılara da qarşıdır. Köhnə daşnak yazıçılarının çox kəskin ...
3 Fevral 2016
1481 dəfə oxunub
 
 

Hamısı bir səslə Əldərəyə getməyi məsləhət bilib, dərhal yola düşməyi qərara alırlar. Bütün şiə müsəlmanlarının başına bəla olan bu seyidlər yenə də işə başlayır. (1918-ci ildə Bakıda mart ayı qırğınını törədən bir seyid olub. O yığıncaqda şaşkasını sivirib: Ya Həzrəti Abbas sən bizə komək ol deyib aranı qızışdırır. Nəticədə 60 min azərbaycanlının ölümünə bais olur. Üç gün üç gecə Bakıda qırğın davam etmişdir.) Vərtənizirdə də Mir Mahmud adında bir seyid araya çıxır, əmmaməsini yerə vurub xalqa deyir ki; Ay camaat qorxmayın niyə qaçırsınız, bu gecə ağam Həzrəti Abbas ...
19 Yanvar 2016
1435 dəfə oxunub
 
 

Kəndin dağılmasına heç şübhə yox idi. Oturub ölümümüzü gözləyirdik. Ağıllı bir başbilənimiz yox idi ki, bizə rəhbərlik etsin. Kənddə vur-tut 3 beşaçılan tüfəng var idi, onlardan ancaq bir nəfər güllə ata bilirdi. O birilərin əlində tüfəng əlağacı kimi bir şeydi. Tutaq ki, kənddə yüz tüfəng olsaydı belə nə edə bilərdik? Təpədən dırnağa qədər silahlanmış , cəbhədən qayıtmış minlərlə erməninin qarşısına çıxmaq, kəskin dişli canavarın qarşısında ...
19 Yanvar 2016
1626 dəfə oxunub
 
 

Türklər Azərbaycandan gedər getməz daşnaklar yenidən qızışdilar. Bizim dünyadan xəbərimiz yox idi.Ermənilər türklərin getməsini bizdən qabaq bilmişdilər.Azərbaycanın və Ermənistanin hər yerində vəziyət agırlaşdı. Bizim tərəflər daha qorxulu idi. 1918-ci ilin axırı yəni dekabır ayına kimi bir təhər dolandıq.Ancaq qorxu,ölüm,saatba saat yaxınlaşırdı. İş o yerə çatdı ki, ermənilərlə bızım aramızda olan az-çox əlaqə tamamilə kəsildi. El arasında belə bir məsəl var “Ölüm var,ölüm kimi, ölüm var zülüm kimi” Bizim qabağımızda duran ölüm zülüm kimi idi. Doğrudur bizim Meğri tərəfdə belə ağır hadisə olmasa da ancaq Kafan Zəngəzurda daşnaklar olmazın vəhşiliklər etmişdilər.Qadinları qızları zorlayandan sonra,onları çılpaq edib qarinlarinin üstündə kart oynayırmışlar,samavarı ...
11 Yanvar 2016
1529 dəfə oxunub
 
 

Mürid əmi atamla həmyaş idi. Dostluqları və möhkəm zarafatları vardı. Kənddə evlərimiz aralı olsa da, yaylaqda alaçıqlarımız qonşu idi. Amma Mürid əmi işlə əlaqədar olaraq yaylağa az-az gələrdi. Həmişə uzunboğaz çəkmə, qalife şalfar geyər, başına köhnə dəbdə uzungünlüklü şapka qoyardı, müştəklə papiroz çəkərdi. Atam danışardı ki, əvvəər papiroz çəkməyə başladığı vaxt ondan-bundan papiroz, daha doğrusu tənbəki (o zaman hamı eşmə çəkirdi) istəyirdi. Bir dəfə bacısının əri Məhəmməd kəndin ortasında:
- Kim müridə tənbəki versə, zatına lənət! –deyir. Ondan sonra Mürid əmi özünə kisə, qutu bə s. alıb “peşəkar” olur. Mürid əmi xeyli müddət həm öz kəndimizdə, həm də qonşu kənddə kolxozun baş mühasibi olmuş, bir neçə il dükaçı işləmişdir. Kənddə mağazaya mal gələndə dükanın qarşısı tünlük olardı. Mən də özümü ora verib söhbətlərə qulaq asar, kimin nə aldığına baxardım. Bir dəfə mütəlif ölçülü qazanlar gəlmişdi. Hamıdan əvvəl özünü yetirən Məmmədqulu əmi üç qazan alıb bir tərəfə çəkildi, sonra ...
7 Yanvar 2016
1510 dəfə oxunub
 
 

Əldərə kəndində 300 ev vardi.Üst-üstə hesablasan hər evə bes nəfərdüssə 1500 nəfər olardı.Kəndin hamamı,məscidi,məktəbi,rus dilində ayri məktəb binasi, 20 ikimərtəbəli,balkonlu,pəncərəli ev vardı.Kəndin özünəməxsus olan sənətkarlari var idi.Məsələn palanduz,ayaqqabıtikən,dərzi,dülgər,bənna,dəmirci,nalbənd,dəllək,kecəci,boyaqci,qəssab vardı.
Bu sənətkarlardan başqa qurd,it agzi baglayanlar(bunlar bicai acib bir necə ərəb sözü oxuyub bicagi balayardilar)vardi.Belə olanda nə qurdun nə də ...
31 Dekabr 2015
1576 dəfə oxunub
 
 

Əldərədə tarixi İyis kəndindən gəlmə mədrəsə -molla məktəbi olub. Orda din dərsi keçilirdi.Əsasən din dərsi keçilirdi,az da fars dili öyrə- Dilirdi.1906-cı ildə mən də o məktəbdə oxumusam.Məktəb deyilən bina böyuk bir dam idi.Yeri quru torpaq,pəncərəsi yox .Orada 8 yaŞından 20 yaşina kimi uşaqlar oxuyurdular. Hamı yerdə otururdu. Derslər bir deyidi.Quranın hər yerindən uşaqlar iki cümlə oxuyardı. Uç ilə ərəb əlifbası öyrənilirdi.Tezdən o dustaqxanaya gəlib,axsam evə gedirdik.Arada bir saat yeməyə buraxirdilar.Yazi yazmaq qadagan idi. Molla kimin əlində qələm görsəydi onu döyərdi.Məktəbdə şiddətli cəza Vermək üsulu var idi.Heç bir şey üstündə uşaq falaqqa deyilən agac arasina qoyub çubuqla ayaqlarinin barmaqlarina o qədər vururdular ki, barmaqlarindan qan tökülürdü.Döyülən uşaq ayagini yerə qoya Bilmirdi.Onu arxalarina alib evə aparirdilar.Dərd burasi idi ki,məktəbdən evə qaçanda evdə də döyüb qaytarirdilar.Heç bir maraqli dərs yox idi.Özünüz düşünün yaz günləri 14-15 saat diz üstə oturub diz çökmək ...
31 Dekabr 2015
1623 dəfə oxunub
 
 

Bu məktəb-şkola 1900-cu ildə açılmışdır.Məktəbin binası üç il yararsiz binada olmuş sonra isə çox gözəl binaya köçüb. O bina indiki İsrafilin evinin yerində idi(1918-ci ildə ermənilər yandırmışdı).Məktəbdə altmış uşaq oxumalı idi.Bunlardan 46 uşaq Əldərə,8 uşaq Mərziyid,8 uşaq erməni kəndi olan Mallev verməli idi.Ancaq ilk açılışda Mallev 10 uşaq verir,Əldərə isə inadlanıb məktəbə uşaq vermir.Əldərədən məktəbə gələn 5-10 uşaq varlı bəylərin uşaqları olur.Məktəbin skamyalarini Gorusdan qatir belində gətirmişdilər.Gedib-gəlmələri alti gün çəkir. Hər qatira 3 skamya yükləyib gətirmişdilər.Məktəbə yazi taxtasi hesablama şotkasi gətirmişdilər.O vaxtlarda ...
31 Dekabr 2015
1504 dəfə oxunub
 
 


Ağ Aldərə üzüm sortu
Ətraflı məlumat
10 Fevral 2013
1825 dəfə oxunub
 
 

Mehri rayonunun özünəməxsusluğu nədədir? Əhalisinin sayına və ərazisinin kiçikliyinə baxmayaraq, həm aran, həm yaylaqdır, ərazisində beş yüzdən çox bulaqlaı vardır ki? hamısının da suyu içməlidir, arıçılıq, heyvandarlıq, meyvəçilik üçün əlverişli iqlim şəraitinə malikdir, yerli əhali də uz işlərini həmin təsərrüfatlar əsasında qurar, yaxşı məhsul əldə edərdilər, amma buıada da ermənilər öz mənafelərini ön planaçəkərdilər, iki min ton üzüm emal edən zavodun xammalinın, yəni üzümünün yarıdan çoxunu Aldərə kəndi versə də şərab zavodu rayon mərkəzində tikilmişdi, məhsul on iki kilometr məsafədən oraya daşınırdı. Konserv zavoduna şöhrət gətirən qızılgül, qoz, incir mürəbbələrinin də xammalı azərbaycanlılar tərəfindən əziyyətlə becərilir, ermənilər şəhər həyatı yaşayılı həmin məhsullarla təchiz edilən konserv zavodunda işləyib yüksək maaş alırdılar, Ermənistan adlanan respublikanın heç bir rayonunda yetişməsi mümkün olmayan nar tədarükü edilib İrəvana və digər şəhərlərə aparılırdı. Konserv zavodunun en şöhrətli məhsulu sayılan ərik və şaftalı kompotları da yerli azərbaycanlıların yetişdirdikləri meyvələrdən hazırlanırdılar. Biz isə unutqanlığımızı unutmuruq.
Aldərə Mehri rayonunda ən böyük ərazisi, örüşü olan kənddir, bunun da başlıca səbəbi əslən aldərəli olan Sərməsbəyovların ...
11 Aprel 2010
2072 dəfə oxunub
 
 

2-ci hissə

Rus dilini mükəmməl bilməsindən, bu dildə maşinistlərə dərs deməsindən söhbət açdı. Həzrətqulu əmi kəndimizin keçmişindən danışanda Sərməstbəyovları tərifləyir, rəhmət verər, bu barədə heç yerdə danışmamağa bizə - uşaqlara bərk-bərk tapşırardı, mən indi başa düşürəm ki, o əllinci, altmışıncı illərdə belə onun ürəyindən otuzuncu illərin vahiniəsi üzülməmişdi. Rəhmətlik Xəlil Rza demişkən, elə bilirdi ki,”... davam edir otuz yeddi”. Mən ondan öyrənmişdim ki, kəndimizdə - mahalda ilk rus-tatar məktəbinin yaradıcısı Həsənqulu bəy olub. Həsənqulu bəy ki, nəslinin sonuncu nümayəndəsinə qədər rəqib olundu və Almas İldırımın "sərsəm gediş" adlandırdığı so-vet hökuməti onun nəslini kəsdi. Şuşa qalasından qatırlara parta yüklətdirib gətirən, evlərindən birini məktəbə verən, müəllimlərin məişət qayğı-sına qalan adama “xalq düşməni” etiketi asıb arxivə göndərdilər. Anamın atasıgil dörd qardaş olublar. Səfər, Təxfur, Atlıxan, Ağalar. Xanım adlı bir bacıları da olub. Təxfur əmi pəhlivan olub, gəncliyində Bakı neft...
11 Aprel 2010
1890 dəfə oxunub
 
 

Aldərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında (348, s.12) qeyd edilmişdir. XIV-XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.66-67, 142-143). 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq kənd sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922-24-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər (415, s.67, 143), 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər (427, s.72) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur....
11 Aprel 2010
1716 dəfə oxunub
 
 

Əldərə və yaxud Əli damı kimi tanınan bu qədim azərbaycanlı kəndi Mehri şəhərindən 12 km cənub-şərqdə Araz çayının sol sahilində, Bakı-İrəvan dəmir yolundan 3 km şimalda yerləşir. Iki tərəfdən hündür Horal və Müşkastın dağları ilə əhatə olunur, ətrafı başdan-başa meyvə bağları ilə bürünmüşdür. Əldərə kəndinin adına XIV-XV əsrlərə aid mənbələrdə rast gəlinir və onun daxil olduğu Zəngəzur mahalının Hülakülər dövründə Naxçıvan tüməninə (vilayətinə) daxil olduğu göstərilir. Zəngəzur mahalı XV əsrdə Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində olmuşdur. 1501-ci ildən 1736-cı ilədək bu mahal Azərbaycan Səfəvilər dövlətinin hərbi-strateji əhəmiyyət kəsb edən ərazisi olmuşdur. XVII əsrin II yarısında Zəngəzur ərazisi Naxçıvan, Qaradağ və Qarabağ xanlıqlarının tərkibində olmuşdur. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri İran və Çar Rusiyası arasında imzalandıqdan sonra Araz çayı sərhəd seçildiyi üçün Əldərə kəndi Zəngəzur mahalının son sərhəd kəndlərindən biri kimi Rusiyanın tərkibinə daxil edilmişdir. Mahalın qədim kəndlərindən biri olan Əldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü ildə 1987 nəfər yaşamışdır. Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andranikin qəzəbinə düçar oldu. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il 745 nömrəli raporunda Əldərə kəndinin dağıdılması belə təsvir edilir. “Qonşu kəndin erməniləri müsəlman kəndləri olan Əldərə, Mirzəcat və Tuğut kəndlərini dağıtmış və yandırmışlar”(Azərbaycan SSR EA Xəbərləri, №4, 1989, s.88). Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırıldı və əhalisinin salamat qalan hissəsi...
11 Aprel 2010
2031 dəfə oxunub
 
 

 Toy çalınır, mənim dodaqlarımsa bu şeiri pıçıldayırdı. Qara zurnanm harayını eşidən kimi kənd uşağı dərəyə doğru axışmağa başladı, onların ardınca başlarını qırmızı şalla örtmüş, əllərində sinilər olan qadınlar cərgələndilər. Örtüklə bağlanmış olsalar da həmin sinilərdə nələr olduğu mənə bəlli idi və bilirdim ki, ən zəngin sini çoxdan bəri tutmağa hazırlaşan kirvəmin arvadının sinisidir. Təbii ki, toy qabağına çıxanlar (kəndimizdə onlara belə ad verirlər) əksəriyyəti ailəmizə yaxın adamlar idilər. Qara zurnanm səsi güclə eşidilsə də, qadınlar rəqs edə-edə dərəyə tərəf gedirdilər. Kəndimizdə bütün dərələrin adı var: Hamar dərə, Lülə dərəsi, Şanbax dərəsi, Mirzəmməd dərəsi, Sulu dərə və s. Amma kəndin kənarındakı dərənin adı yoxdu. Hamı "Dərə" deyir, heç kəs də hansı dərə - deyib sual etmir, hansı dərədən söhbət getdiyini dərhal anlayır. Ona görə mən də "Dərə" yazıram, hansı dərəni yazdığım da başa düşülür.
Toy qabağına çıxanlar oynamaqlarında olsunlar, mən sizlərə toy adətlərimizdən söhbət açım. Mənim toyumda dəvətnamə paylansa da kənd camaatı toylara dəvətsiz gedərdi. Toy varsa, deməli hamı...
11 Aprel 2010
1900 dəfə oxunub
 
 
 

Sayt üzrə axtarış

Axtaracağınız məzmunu daxil edin

Yükləmələr

Aldərə "Bulaq" verlişində

Son xəbərlər
Nərminə xanımın göndərdiyi 14 şəkil
Əli Əliyevin göndərdiyi 10 şəkil
Aldərə Bulaq verlişində (Video)
Şəkillər toplusu 9
Qabil Quluyevin göndərdiyi 15 şəkil
1918-ci il 31 mart soyqırımı
Novruz Bayramınız mübarək
Qarış-qarış Aldərə (Video)
Şəkillər toplusu 8
Şəkillər toplusu 7

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2016 - Bütün hüquqları qorunur