Reklam



Aldərə haqqında məlumat
Aldərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında (348, s.12) qeyd edilmişdir. XIV-XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.66-67, 142-143). 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq kənd sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922-24-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər (415, s.67, 143), 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər (427, s.72) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim qədim Azərbaycan dilində «qırmızı» mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) «dərin çuxur» mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və «qırmızı dərə» mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
11 Aprel 2010
1887 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur